Şəhid Şixmir Ağamirovun xatirəsi yad edilmişdir
09 noyabr 2025 | 23:17
Noyabrın 9-da Qusar şəhərində II Qarabağ müharibəsi şəhidi Şixmir Qabil oğlu Ağamirovun şəhadətə ucalmasının 5-ci ildönümündə şəhidin məzarı ziyarət edilmiş, xatirəsi anılmışdır.
Şəhid Ağamirov Şixmir Qabil oğlu 5 aprel 1990-cı ildə Qusar şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun baş giziri olmuş Şixmir Ağamirov 44 günlük Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olmuşdur. 8 noyabr 2020-ci ildə Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Şəhid ölümündən sonra "Vətən uğrunda", "Döyüşlərdə fərqlənməyə görə",
"Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.






