Şəhid Sultan Niyaz oğlu Şahvələdovun xatirəsi yad edilib
15 iyun 2026 | 13:51
Azərbaycan xalqı Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi unutmur, xatirələrini hər zaman uca tuturlar. Şəhid Sultan Niyaz oğlu Şahvələdov da belə qəhrəman Vətən övladlarından biri olmuşdur.
Şəhid Sultan Niyaz oğlu Şahvələdov 1994-cü il martın 25-də Qusar şəhərində dünyaya gəlmişdir. Azərbaycan ordusunun sıralarında əsgər kimi xidmət edən Sultan Şahvələdov 2017-ci il iyunun 15-də döyüş təminatı ilə əlaqədar verilən tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Onun qısa, amma şərəfli ömür yolu Vətənə sədaqətin nümunəsidir.
Şəhidin göstərdiyi qəhrəmanlıq və şücaət yüksək qiymətləndirilmiş və şəhid ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şücaətə görə” medalı ilə təltif olunmuşdur.
İyunun 15-də Qusar şəhər Şəhidlər Xiyabanında şəhid Sultan Şahvələdovun məzarı ziyarət edilib, ruhuna dualar oxunulub, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.






