Şəhid Turac Suliddin oğlu Həmzəyevin xatirəsi yad edilmişdir
14 oktyabr 2025 | 19:44
Oktyabrın 14-də Qusar rayonunun Hiloba kəndində II Qarabağ müharibəsi şəhidi Turac Suliddin oğlu Həmzəyevin anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət olunmuş, əziz xatirəsi yad edilmişdir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov şəhidin ailəsi ilə əlaqə saxlayaraq, başsağlığı diləmiş, ailənin ehtiyac və qayğıları ilə maraqlanmışdır.
Şəhid Həmzəyev Turac Suliddin oğlu 27 iyul 1998-ci ildə Qusar rayonunun Hiloba kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Turac Həmzəyev 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 11-də Cəbrayıl döyüşləri zamanı şəhid olmuşdur. Qusar rayonunun Hiloba kəndində dəfn olunmuşdur.
Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.






