Şəhid Tural Əhmədovun xatirəsi anılıb
23 oktyabr 2025 | 14:49
Oktyabrın 23-də Qusar rayonunun Mucuq kəndində şəhid Tural İzətulla oğlu Əhmədovun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət olunmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid Əhmədov Tural İzətulla oğlu 5 iyun 2001-ci ildə Qusar rayonunun Mucuq kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Tural Əhmədov 44 günlük Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. 23 oktyabr 2020-ci ildə Qusar rayonunun Mucuq kəndində dəfn olunmuşdur.
Ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.






