Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhid Vüsal Şirinovun xatirəsi yad edilmişdir

27 oktyabr 2025 | 07:40
Oktyabrın 26-da Qusar rayonunun Ləyərqışlaq kəndində şəhid Vüsal Novruz oğlu Şirinovun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilmiş, xatirəsi yad olunmuşdur.
Şəhid Şirinov Vüsal Novruz oğlu 26 mart 2002-ci ildə Qusar rayonunun Ləyərqışlaq kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Vüsal Şirinov 44 günlük Vətən müharibəsində savaşmış, oktyabrın 25-də Füzuli rayonunun Dövlətyarlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. 26 oktyabr 2020-ci ildə Qusar rayonunun Ləyərqışlaq kəndində dəfn olunmuşdur.
Ölümündən sonra "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.
Keçidlər