Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhidlik zirvəsinə ucalan Şair Heydərovla vida mərasimi keçirilib.

16 sentyabr 2022 | 16:40

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan hərbiçi Qusar  rayonunun Mucuq  kənd sakini 1998-ci il təvəllüdlü Heydərov Şair Camal oğlu bu gün yaşadığı Mucuq kəndində torpağa tapşırılıb.Dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçıs Şair Alxasov, rayonun deputatı Azər Badamov, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmləri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ictimayyət nümayəndələri, rayon sakinləri və şəhidin hərbiçi yoldaşları iştirak ediblər. Mərasim izdihamla keçib. Şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" və digər vətənpərvərlik şüarları səsləndirilib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, rayonun deputatı Azər Badamov və digər çıxış edənlər şəhid Heydərov Şair Camal oğlunun mərdliyindən, mübarizliyindən, Vətən uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarından danışıb. Şair Heydərov kimi mərd oğulların qanının yerdə qalmadığı vurğulanıb. Heydərov Şair Mucuq kənd qəbristanlığında dəfn olunub.Dövlət Himni səslədirilib, havaya yaylım atəşi açılıb.Şəhidin tabutu üzərindəki üç rəngli şanlı Azərbaycan bayrağı onun atasına təqdim olunub,

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin qanı yerdə qalmadı!

Keçidlər