Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Şəhidlik zirvəsinin igid fatehi

17 oktyabr 2024 | 20:08
2020-ci ilin sentyabr ayı Azərbaycan tarixində önəmli hadisələrlə yadda qalıb. Sentyabrın 27-si Qarabağın azadlığına gedən yolun başlandığı gün olaraq əbədi tarixi yaddaşımızda qalacaqdır. “Qarabağ Azərbaycandır!” şüarı ilə yola çıxan Azərbaycan əsgəri sentyabr ayından etibarən cəbhə xətti boyunca hücuma keçərək düşmən işğalını sonlandırmağa, canları bahasına xalqımıza qələbə sevincini yaşatmağa müvəffəq oldular. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.
Oktyabrın 17-də belə igid oğullarımızdan biri, II Qarabağ müharibəsi şəhidlərimizdən olan leytenant Niftəliyev İlyas Güloğlan oğlunun anım mərasimi keçirilib. Mərasimdə RİH başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Mərasim iştirakçıları tərəfindən şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra mərasim iştirakçıları Bədirqala kəndində şəhidimizin ailəsini ziyarət edib, ehsan süfrəsində iştirak ediblər.
Məlumat üçün bildirək ki, şəhid Niftəliyev İlyas Güloğlan oğlu II Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda medalı”, “Hərbi xidmətlərə görə medalı”,
“Cəbrayılın azad olunmasına görə medalı”, “Azərbaycan bayrağı”ordeni,
“Füzulinin azad olunmasına görə medalı”, “Kəlbəcərin azad olunmasına görə medal”-ları ilə təltif olunub.
Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Keçidlər