Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

"Sərhəd" hərbi-idman oyununun qalibləri ilə görüş keçirilib

14 may 2025 | 08:35
 
Dövlət Sərhəd Xidməti, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Sərhəd" hərbi-idman oyununda 45 rayonun 165 məktəbini təmsil edən 825 şagird mübarizə aparmışdır. Qusar rayonunu təmsil edən "Zeyxur" komandası yarışın respublika mərhələsində 11 komanda arasında II yeri tutmağa müvəffəq olmuşdur.
13 may 2025-ci il tarixdə Qusar rayonunun Yuxarı Zeyxur kəndində rayon icra hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun "Sərhəd" hərbi-idman oyunlarının qalibləri və məktəbin kollektivi ilə görüşü baş tutmuşdur.
Görüşdə RİH başçısı Aparatının məsul şəxsləri, Xudat Sərhəd dəstəsinin komandiri , Vətən müharibəsi veteranı, polkovnik Zaur Qasımov, rayonun əlaqədar idarə, müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, Yuxarı Zeyxur məktəbinin müəllim və şagird kollektivi iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov "Sərhəd" hərbi-idman oyunlarında qazanılmış parlaq qələbə münasibətilə Yuxarı Zeyxur kənd tam orta məktəbinin müəllim və şagird kollektivini, yarışın qaliblərini təbrik edib, belə yarışmaların yeniyetmələrin, gənclərin hərbi hazırlıqlarının artırılmasına, vətənpərvərlik ruhlarının daha da yüksəldilməsinə xidmət etdiyini bildirib. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Tədbirdə çıxış edən edən Xudat Sərhəd dəstəsinin komandiri Zaur Qasımov qeyd edib ki, bu qəbildən olan yarışlar gənc nəslin Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.
Yuxarı Zeyxur kənd tam orta məktəbinin direktoru Hikmət Ağacanov, məktəbin müəllimi (hərbi rəhbəri) Məmmədtağı Əlisultanov, II Qarabağ Müharibəsi qazisi Zamir Qədimov çıxışlarında bildiriblər ki, ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsinə göstərilən dövlət qayğısı gündən-günə artır. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin vətənpərvər ruhda yetişmələrinə də böyük diqqət göstərilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin, yaradılan şəraitin nəticəsidir ki, Yuxarı Zeyxur kənd tam orta məktəbin şagirdləri "Şahin" hərbi-idman oyunlarının respublika mərhələsində uğurla iştirak edərək, 11 komanda arasında II yeri tutmağa müvəffəq olublar.
Yuxarı Zeyxur kənd tam orta məktəbin şagirdi, "Sərhəd" hərbi-idman oyununun iştirakçısı Nurəli Ədilov bu yarışmada iştirakın onun üçün xoş bir təcrübə olduğunu bildirərək, yarışmada məktəblilərə bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan yaradıldığını qeyd edib. Gənclər üçün yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirin sonunda qaliblərə diplom və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Keçidlər