Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Səudiyyə Ərəbistanı Krallığının səfiri Qusarda səfərdə olub

23 aprel 2025 | 17:20
23 aprel 2025-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının səfiri İssam bin Saleh əl-Cuteyli Qusar rayonuna səfər etmişdir.
Səfər çərçivəsində hörmətli qonaq əvvəlcə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovla görüşüb. Görüş zamanı İcra başçısı Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından söz açaraq, səfirə rayonun tarixi, coğrafi mövqeyi, turizm potensialı, ictimai-siyasi və sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verib. Görüşdə həmçinin, iki ölkə arasında əməkdaşlıq perspektivləri, işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. İki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan səfir İssam bin Saleh Əl-Cuteyli Səudiyyə Ərəbistanı Krallığının Abha və Tais şəhərləri ilə Qusar şəhəri arasında əməkdaşlıq və dostluq əlaqələrinin yaradılması təklifini irəli sürmüşdür. İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bu təklifdən məmnunluğunu bildirərək, gələcəkdə tərəfdaşlığın qurulmasının ikitərəfli münasibətlərə müsbət töhfə verəcəyini qeyd edib.
Səfir daha sonra Qusar rayonunda fəaliyyət göstərən OKİ klinikası və Qusar Rayon Mərkəzi Xəstəxanasında olmuş, səhiyyə ocaqlarında yaradılmış müasir infrastruktur və xəstələrin müalicəsi üçün yaradılmış şəraitlə yaxından tanış olmuşdur.
Səmimi qəbula və xoş söhbətə görə İcra başçısına təşəkkürünü bildirən İssam bin Saleh əl-Cuteyli rayona səfərindən razı qaldığını qeyd edib. Bu səfərin gələcək əməkdaşlığın inkişafı baxımından səmərəli olacağına ümidvar olduğunu bildirmişdir.
Keçidlər