Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Səyyar ASAN xidmət Qusarda fəaliyyətini davam etdirəcək

31 yanvar 2025 | 17:55
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda vətəndaşların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanmaları üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmət göstərir.
3-26 fevral tarixlərində Qusar rayonunda səyyar “ASAN xidmət” avtobusları daha geniş tərkibdə əhaliyə xidmət göstərəcək. Belə ki, rayon sakinləri şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi, mənzillər və yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi xidmətlərindən, o cümlədən bank və tibb xidmətlərindən yararlana biləcəklər.
Səyyar “ASAN xidmət” avtobuslarında sənəd qəbulu həftə içi saat 10:00-dan 16:30-dək, hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 17:00-dək həyata keçirilir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin edilməsidir.
Keçidlər