Səyyar kitabxana xidməti - "Xutorok" Ailəvi İstirahət Mərkəzində
31 iyul 2025 | 18:11
İyulun 30-da Qusar Rayon Mərkəzi Kitabxanası tərəfindən "Xutorok" Ailəvi İstirahət Mərkəzində səyyar kitabxana xidməti təşkil edilib. Xidmət istirahət və mütaliəni bir araya gətirərək oxuculara maraqlı və faydalı vaxt keçirmək imkanı yaradıb.
Tədbir çərçivəsində mütaliəsevərlər üçün qurulmuş kitab guşəsində uşaqlar və böyüklər üçün müxtəlif janrlarda kitablar təqdim olunub.
"Oxu, öyrən, paylaş – harada olursan ol!" şüarı altında həyata keçirilən təşəbbüs, kitabların cəmiyyətin hər bir üzvünə əlçatanlığını təmin etməyi hədəfləyir.
Qusar Rayon Mərkəzi Kitabxanası tərəfindən bu təşəbbüsün gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.






