Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Səyyar qəbulda daha çox məişət məsələləri qaldırılmışdır.

16 mart 2023 | 17:18

Qusar rayon İcra Hakimiyyətinin başçsı Şair Alxasov rayonun Xürel kəndində  vətəndaşların səyyar qəbulunu keçirmişdir. Tədbirdə kənd sakinləri ilə yanaşı RİHB Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanıllarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Qəbulda vətəndaşlar tərəfindən kəndin qazlaşdırılması, yararsız elektrik dirəklərin yeniləri ilə əvəz edilməsi, internet sürətinin zəif olması və digər məsələlər qaldırılmışdır. Şair Alxasov vətəndaşları  narahat edən məsələləri ilə yaxından tanış olmuş, sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi ilə bağlı müvafiq izahat verilmiş, digər məsələlərin həlli üçün aidiyyatı təşkilatlara müvafiq göstərişlər verilmişdir. Həlli rayon İcra Hakimiyyətinin imkanları daxilində olmayan bəzi məsələlərlə bağlı aidiyyatı orqanlara müraciət olunduğu bildirilmişdir.

Keçidlər