Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Səyyar qəbullar davam etdirilir

08 yanvar 2025 | 17:04
Yanvarın 8-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Qalacıq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda həmçinin RİH başçısı aparatının əməkdaşlarının, idarə, müəssisə rəhbərlərinin, kənd sakinlərinin iştirakı təmin olunub.
Qəbuldan əvvəl Qalacıq kəndində şəhid Şixcamalov Xakif Müslüm oğlunun qəbri ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülərək xatirəsi yad edilib.
Daha sonra Qalacıq kənd tam orta məktəbində olan icra başçısı məktəbin mövcud vəziyyəti, şagirdlərə verilən təhsilin keyfiyyəti, mövcud problemlər ilə maraqlanıb.
Məktəbin akt zalında sakinlərlə keçirilən görüşdə RİH başçısı onların arzu və təkliflərini dinləyib, problemləri ilə tanış olub. Kənd sakinləri istismara yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, kənddaxili yolların asfaltlanması, yeni yaşayış massivinin qazlaşdırılması, içməli suyun çatışmazlığı və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Görüşdə həmçinin kənddə poçt məntəqəsinin olmamasının sakinlər üçün bir sıra çətinliklər yaratdığı qeyd olunub.
Sakinləri narahat edən məsələləri daim nəzarətdə saxlayacağını bildirən rayon rəhbəri qaldırılan problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.
Əhali ilə mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, görüş və qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər