Səyyar qəbullar – yerlərdə problemlərin həllinin effektiv forması
14 may 2025 | 15:40
Rayon icra hakimiyyəti başçısının ənənə halını almış yerlərdə səyyar qəbulları xalq-hakimiyyət, məmur-vətəndaş ünsiyyətinin səmərəli formasına çevrilmişdir. Bu görüşlər cəmiyyətin ab-havasını yaxından duymağa, təklif, irad və şikayətləri ilkin mənbədən öyrənməyə imkan verdiyi kimi, vətəndaşlara da uzun yol qət etmədən, daha səmərəli şəkildə rayon rəhbərliyi ilə ünsiyyətdə olmağa imkan verir.
Rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Əvəcük kəndində baş tutmuşdur. Əvəcük kənd tam orta məktəbində keçirilən görüşdə kənd sakinlərini salamlayan rayon rəhbəri hər bir Azərbaycan vətəndaşının dövlətin qayğısını hiss etməli olduğunu bildirərək, sakinlərdən təklif, irad, üzləşdikləri problemləri açıq şəkildə ifadə etmələrini xahiş etmişdir.
RİH başçısı Aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərlərinin, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinlərinin iştirakı ilə baş tutan görüşdə vətəndaşlar bir sıra aktual məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar.
Səyyar qəbulda içməli suyun çatışmazlığı, örüş sahələrinin azlığı kimi məsələləri qaldıran sakinlər istismara yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz olunmasını, Əvəcük kəndində stadionun inşasını, kəndə marşrut xəttinin açılmasını xahiş ediblər. Qəbulda həmçinin Əvəcük kənd tam orta məktəbində kompüter avadanlıqlarının çatışmazlığının tədris prosesinə mənfi təsir etdiyi, şagird və müəllimlər üçün bir sıra çətinliklər yaratdığı qeyd olunub. Yeni tikilmiş fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
İcra başçısı kənd sakinlərinin hər birini dinləyərək, səsləndirilən problemlərin öz həllini tapacağı ilə yanaşı, Əvəcük kəndində elektrik enerjisi infrastrukturunun yenidən qurulacağını diqqətə çatdırıb.
Sakinlər mütəmadi olaraq keçirilən görüşlərdən məmnunluqlarını ifadə edərək, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə rayon rəhbərliyinə