Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Səyyar vətəndaş qəbulları davam etdirilir

10 mart 2026 | 18:23
Səyyar vətəndaş qəbulları davam etdirilir
Qusar Rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşların səyyar qəbulları davam etdirilir. Növbəti səyyar qəbul 10 mart tarixində rayonun Gədəzeyxur kəndində baş tutmuşdur.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, RİH Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Gədəzeyxur kənd sakinləri səyyar qəbul zamanı torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi, elektrik enerjisinin zəif olması, yeni salınmış məhəlləyə qaz xəttinin çəkilməsi, eləcə də işlə təminatla bağlı müraciətlərini səsləndirmiş, rayonda aparılan abadlıq-quruculuq işlərinə görə icra başçısına təşəkkürlərini bildirmişlər.
Vətəndaşların qaldırdıqları bütün müraciətlər dinlənilmiş, onlara müvafiq izahatlar verilmişdir. Rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin mərhələli şəkildə araşdırılaraq həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Keçidlər