Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Son günlər müşahidə olunan və gözlənilən yağıntılı hava şəraitinin fəsadlarının aradan qaldırılması ilə bağlı və zəruri qabaqlayıcı tədbirlər müzakirə edilib

25 may 2026 | 11:30
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov mayın 22-də rayon ərazisində son günlər müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar yaranmış vəziyyəti dəyərləndirmək və zəruri qabaqlayıcı tədbirləri müəyyənləşdirmək üçün aidiyyəti qurumların rəhbərləri ilə görüş keçirib. Görüşdə rayon üzrə su təchizatı, elektrik enerjisi, yol infrastrukturu və qaz təchizatı sahələrində mövcud vəziyyət ətraflı təhlil olunub. Fəsadların aradan qaldırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr hər bir sahə üzrə ayrı-ayrılıqda müzakirə edilib. Rayon icra hakimiyyətinin başçısı müvafiq idarə rəhbərlərini dinlədikdən sonra əhalinin təhlükəsizliyinin və kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsinin əsas prioritet olduğunu vurğulayıb. Qarşıdakı günlərdə mümkün yağıntılı hava şəraitini nəzərə alaraq təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq tapşırıqlarını verib.
Rayon rəhbəri həmçinin Laza kəndinə gedən yolda aparılan təmir-bərpa işlərinə yerində baxış keçirib, işlərin gedişatı ilə maraqlanıb.
Keçidlər