Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Su ehtiyatlarının qorunması və səmərəli istifadə mövzusunda tədbir keçirilib

17 aprel 2025 | 10:01
İqlim dəyişmələri, əhalinin artan su tələbatı mövcud su ehtiyatlarının idarə olunmasında daha səmərəli yanaşmaların tədbiqini zəruri edir.
Su ehtiyatlarından səmərəli istifadə, mövcud resursların qorunması və alternativ su mənbələrinin yaradılması, ölkənin davamlı inkişafı və ekosistemlərin mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.
Aprelin 16-da Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar RİH başçısı Aparatının məsul əməkdaşı Eldar Hacıbalayev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının, İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin, bələdiyyə üzvlərinin, fermerlər və su birliklərinin iştirakı ilə su ehtiyatlarından səmərəli istifadə mövzusunda tədbir keçirilib.
Tədbirdə əhalinin içməli su ilə təminatı, su ehtiyatlarından səmərəli istifadə, çirkləmənin qarşısının alınması, bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədi ilə dövlət, qeyri-hökumət təşkilatları, əhali arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin aktiv rolunun, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanıb.
Bu istiqamətdə müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Keçidlər