Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Sudur kəndində səyyar vətəndaş qəbulu keçirilib-2026

17 iyul 2026 | 14:27
Səyyar qəbulda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak etmişdir. Görüşdə sakinlər müxtəlif məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Sakinlər kənd tibb məntəqəsinə tibb bacısının təyin edilməsini, kənd ərazisində internet şəbəkəsinin quraşdırılmasını, habelə Gican-Sudur yolunun asfaltlaşdırılmasını, eləcə də digər rayon sakinləri tərəfindən vətəndaşa məxsus pay torpaq sahəsinə mal-qaranın qanunsuz şəkildə buraxılması faktı ilə əlaqədar müvafiq tədbirlərin görülməsini xahiş ediblər.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov səslənən hər bir müraciəti diqqətlə dinləyib, vətəndaşlara ətraflı izahatlar verib və problemlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verib. Rayon rəhbəri bildirib ki, müvafiq təhsili olan ixtisaslı kadr olduğu təqdirdə onun tibb məntəqəsində çalışmasına şərait yaradılacaq. Gican-Sudur yolu ilə bağlı qeyd olunub ki, sözügedən yol sürüşməyə meyilli ərazidən keçdiyindən, hazırda yolun asfaltlaşdırılması texniki cəhətdən məqsədəuyğun hesab olunmur. Vətəndaşlara məlumat verilib ki, kəndin yaxın zamanda internet şəbəkəsinə qoşulması nəzərdə tutulub. Pay torpaq sahəsinə mal-qaranın qanunsuz buraxılması faktı hüquqi məsələ olduğu üçün vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunub. Eyni zamanda bildirilib ki, bu məsələ ətraflı araşdırılacaq və hüquq-mühafizə orqanları ilə birgə müvafiq tədbirlər görüləcəkdir.
Keçidlər