Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Suduroba kəndində RİH başçısının səyyar qəbulu keçirilib

17 iyul 2025 | 18:25
 
İyulun 17-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayonun Suduroba kəndində sakinlərlə görüşüb. Görüşdə həmçinin RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Suduroba kəndində sakinlər tərəfindən edilən müraciətlər Suduroba-İmamqulukənd avtomobil yolunun əsaslı təmiri, kənddə idman medançasının yaradılması, mövcud iki elektrik transformatorunun istismara yararsız vəziyyətdə olması, torpaq sahəsinin təyinatının dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı olub.
Sakinləri narahat edən problemlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verən icra başçısı müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyini bildirib.
Qəbulda iştirak edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər