Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Suqovuşan qələbəmizdən 5 il ötür

03 oktyabr 2025 | 18:06
2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu böyük şücaət göstərərək, oktyabrın 3-də strateji əhəmiyyətli Suqovuşan qəsəbəsini düşməndən azad etmişdir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabr ayının 3-də Suqovuşanın erməni işğalından azad olunduğunu açıqlayıb.
Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri hesab olunur. Bu qələbə müharibənin gedişində mühüm dönüş nöqtələrindən biri olmuş, Tərtər rayonunun təhlükəsizliyi təmin edilmiş və bölgənin su ehtiyatları üzərində dövlətimizin nəzarəti bərpa olunmuşdur.
Qeyd edək ki, bu yaşayış məntəqəsinin əvvəlki adı Madagiz olub. Daha sonra Prezident İlham Əliyev Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.
Suqovuşanın işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, milli ruhun və xalq–ordu birliyinin bariz göstəricisi idi.
Onu da qeyd edək ki, oktyabrın 3-də Suqovuşan və Talış kəndləri ilə yanaşı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi də Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
Keçidlər