Suvacal kəndində səyyar vətəndaş qəbulu keçirilib
15 oktyabr 2026 | 17:50
Qusar rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Suvacal kəndində baş tutub. Səyyar qəbulda həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB Aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, Suvacal kəndinin sakinləri iştirak ediblər. Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı sakinlər tərəfindən kəndə gedən əsas yolun asfaltlanması, kənddaxili yolların təmir edilməsi, kəndə marşrut xəttinin təşkil olunması, eləcə də suvarma suyu ilə təminatın yaxşılaşdırılması ilə bağlı müraciətlər səsləndirilib.
Qaldırılan hər bir məsələ diqqətlə dinlənilib, qeydiyyata alınıb, həlli istiqamətində müvafiq tapşırıqlar verilib. İcra başçısı kənd sakinlərinin məşğulluq imkanları, sosial vəziyyəti, yaşayış şəraiti ilə maraqlanıb, onları narahat edən digər problemlərlə bağlı məlumat alıb.






