Tarix-Diyarşünaslıq Muzeyinə maarifləndirici ekskursiyalar davam etdirilir
01 sentyabr 2026 | 18:33
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi tərəfindən Qusar rayonunda uşaqların sosial müdafiəsi, onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə yaradılan Uşaqlar üçün Günərzi Mərkəzində xidmət alan uşaqların Qusar Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edilib.






