Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Təhsil müəssisələrində gənclərin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir

05 dekabr 2025 | 17:25
Qusar rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində gənclərin maarifləndirilməsi istiqamətində tədbirlər ardıcıl və sistemli şəkildə davam etdirilir. Bu çərçivədə şagirdlərin sağlam həyat tərzi, narkomaniyaya qarşı mübarizə, erkən nikahların fəsadları, hüquqi maarifləndirmə və digər sosial əhəmiyyətli mövzular barədə məlumatlandırılması məqsədilə müxtəlif formatlarda görüşlər, tədbirlər təşkil olunur.
Dekabrın 3-də Qusar rayonunun Köhnə Xudat kənd tam orta məktəbində “Yeniyetmə və gənclərin pis vərdişlərdən yayınmasında mənəvi və dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbir çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən şagirdlərə yeniyetmələrin zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərin, sağlam ailə mühitinin və düzgün dini biliklərin istiqamətverici əhəmiyyəti barədə məlumat verilmişdir.
Dekabrın 4-də Qusar Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsi və Qusar Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Qusar şəhər 2 nömrəli tam orta məktəbdə "Narkomaniyaya Yox deyək!", "Erkən nikahın fəsadları" mövzularında maarifləndirici tədbir keçirilmişdir. Tədbir çərçivəsində narkotik vasitələrin insan sağlamlığına, psixoloji durumuna və sosial həyatına vurduğu ağır zərbələr və gənclər arasında riskli davranışların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər haqqında ətraflı məlumat verilmişdir. Natiqlər, həmçinin erkən nikahın təhsildən yayınma, sosial adaptasiya çətinlikləri və hüquqi məsuliyyət kimi mənfi nəticələr doğurduğunu real faktlar və nümunələr əsasında izah ediblər. Bildirilib ki, gənclərin düzgün maarifləndirilməsi, ailə və məktəb mühitində sağlam dəyərlərin təşviqi bu kimi halların qarşısının alınmasında mühüm rol oynayır.
Sonda şagirdlərin sualları cavablandırılmış, mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Keçidlər