Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Təhsil müəssisələrində maarifləndirici tədbirlər müntəzəm xarakter daşıyır

30 oktyabr 2025 | 17:49
 
Narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə oktyabrın 30-da rayonun Yuxarı Zeyxur kənd tam orta məktəbində Qusar Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı, məktəbin 9, 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyanın sosial təhlükəliyi və doğurduğu fəsadlar”, eyni zamanda “Erkən nikahın fəsadları və zəruri profilaktikası”, “Konstitusiya və Suverenlik İli” və ”Dövlət, Dövlətçilik və Dövlət Atributlarına hörmət” mövzularında maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamran Sədullayev, Rayon Polis Şöbəsinin əməkdaşları Ramik Nəzərov və Ülviyyə Çingizzadə iştirak ediblər. Tədbirdə mövzu ətrafında çıxışlar edilərək fikir mübadiləsi aparılıb, iştirakçılara ətraflı məlumatlar verilib, suallar cavablandırılıb. Qeyd olunub ki, müasir cəmiyyətin bəlası olan narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Narkotiklər yalnız fiziki sağlamlığa deyil, həm də psixoloji və sosial həyatın bütün sahələrinə ciddi zərər verir. Tədbir çərçivəsində şagirdlər narkotik vasitələrin insan sağlamlığı və sosial həyat üçün yaratdığı fəsadlar barədə məlumatlandırmışlar.
Erkən nikahların dövrümüzün böyük problemlərindən biri olaraq yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, erkən yaşda nikaha daxil olan yeniyetmələr nə fizioloji, nə də psixoloji baxımdan ailə məsuliyyətini daşımağa hazır olmurlar. Nəticədə bu cür nikahlar bir sıra ciddi fəsadlara, o cümlədən ailədaxili zorakılıq, ana-uşaq ölümləri, psixoloji travmalar, təhsildən yayınma və sosial təcrid kimi problemlərə səbəb olur.
Tədbir çərçivəsində şagirdlərə “2025-ci il-Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilmiş dövlət səviyyəli tədbirlər, Azərbaycan Respublikasının əsas qanunu olan-Konstitusiya haqqında ətraflı məlumat verilmişdir. Dövlət müstəqilliyinin təcəssümü olan dövlət rəmzlərinə hörmət edilməsinin vacibliyini vurğulayan çıxışçılar vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət etdiyini qeyd ediblər.
Tədbir çərçivəsində dini radikalizmin cəmiyyətə mənfi təsirləri mövzusu ətrafında da geniş müzakirələr aparılmışdır. Qeyd edilib ki, dini radikalizm, öz mahiyyətinə görə, milli və dini dəyərlərin saxtalaşdırılması, tolerantlıq ənənələrinin pozulması və ictimai sabitliyin təhdididir. Gənclərin milli kimlik, tolerantlıq və vətəndaş məsuliyyəti prinsipləri əsasında formalaşdırılması radikal baxışların yayılmasının qarşısını alan mühüm faktordur.
Keçidlər