Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Təmiz ətraf mühit naminə

03 dekabr 2024 | 15:14
Qusar rayonunda ekoloji tarazlığın, təbiətin, ətraf mühitin, su mənbələrinin qorunması istiqamətində silsilə tədbirlərin, o cümlədən müxtəlif ərazilərdə təmizlik işlərinin görülməsi davam etdirilir.
Növbəti iməcilik işləri turizm zonası olan rayonumuzun ərazisində yerləşən Qusarçay çayının sahilində aparılıb.
Qusar Kommunal Müəssisələr Kombinatının əməkdaşları tərəfindən həyata keçirilən iməcilikdə Qusarçay çayının sağ sahili məişət və digər tullantılardan təmizlənib.
Qusar Mənzil İstismar Sahəsi tərəfindən də mütəmadi olaraq şəhər ərazisində, çoxmənzilli yaşayış binalarının həyətində təmizlik işləri aparılır.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyinin təmin edilməsi, bu sahədə əhalinin maarifləndirilməsi və onları ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Qeyd edək ki, görülən işlər şəhərimizin daha təmiz və abad olması, habelə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə həyata keçirilir. Sakinlərdən isə şəhərimizin təmizliyinə riayət etmələri xahiş edilir. Hər bir vətəndaş ekoloji tarazlığın qorunmasına yönələn bu cür tədbirlərdə yaxından iştirak etməli, ətraf mühitə qayğı və həssas münasibət göstərməlidir.
Keçidlər