"Təmiz ölkəm" aksiyası çərçivəsində Qusar rayonunda keçirilmiş tədbir.
03 avqust 2024 | 11:38
03.08.2024-cü il tarixində "Təmiz ölkəm" aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qusar rayon İcra Hakimiyyətinin bigə tədbiri həyata keçirilmişdir. Tədbirdə 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin,5 saylı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin , Qusar Mənzil Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları və şəhər sakinləri iştirak etmişdir. Tədbir çərçivəsində Qusar meşəbəyliyin 15 saylı dolayının 83 saylı kvartalında meşə ərazisi atılmış məişət tullantılardan təmizlənmişdir.
Təmizlik aksiyasında ümumilikdə 180 nəfərin iştirakı ilə 7 hektar ərazidən 1200 kiloqram bərk məişət tullantısı təmizlənərək məişət tullantıları poliqonuna daşınmışdır.