Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Təyyarə qəzası qurbanlarının 40 mərasimi keçirilib

03 fevral 2025 | 16:43
Fevralın 3-də Qusar rayonunun Suduroba kəndində “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan Qusar rayon sakinləri Xədicə və Əli Əlimirzəyevlərin 40 mərasimi keçirilib.
Mərasimdə iştirak edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, Hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri tərəfindən mərhumların məzarları ziyarət olunub, ruhlarına dualar oxunulub, məzarları önünə tər güllər düzülüb, mərhumların ailəsi və yaxınlarına başsağlığı verilib.
Keçidlər