Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Təyyarə qəzasında həlak olan Əli Əlimirzəyevin dəfn mərasimi keçirilib

29 dekabr 2024 | 17:48
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan Qusar rayonu sakini Əli Əlimirzəyev dekabrın 29-da rayonun Suduroba kənd məzarlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, RİH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə rəhbərləri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.
Dəfn mərasimindən sonra mərasim iştirakçıları mərhumun məzarı önünə tər güllər düzərək ailəsi və yaxınlarına başsağlığı veriblər.
Keçidlər