Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Təyyarə qəzasında həlak olmuş Qusar rayon sakinlərinin məzarları ziyarət edilib-26.12.2025

26 dekabr 2025 | 13:14
Dekabrın 26-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər Qusar rayonunun Suduroba kəndində 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olmuş Qusar rayon sakinləri - 2002-ci il təvəllüdlü Əli Əlimirzəyev və onun bacısı 2005-ci il təvəllüdlü Xədicə Əlimirzəyevanın məzarlarını ziyarət ediblər.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov mərhumların yaxınlarına dərin hüznlə başsağlığı verib, bu ağır itkinin hər kəsi sarsıtdığını bildirib. İcra başçısı qeyd edib ki, baş vermiş bu faciə təkcə ailə üçün deyil, bütövlükdə rayon ictimaiyyəti və xalqımız üçün böyük kədərdir.
Keçidlər