Tibb müəssisələrində “Hemofiliya xəstəliyinə multidisiplinar yanaşma” mövzusunda seminarlar keçirilmişdir
06 dekabr 2025 | 18:03
TƏBİB və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə tabeli tibb müəssisələrində çalışan həkimlər üçün cari ilin sentyabr ayından etibarən Sumqayıt, Quba, Xaçmaz, Xızı, Şabran, Siyəzən, o cümlədən Qusar rayonunda “Hemofiliya xəstəliyinə multidisiplinar yanaşma” mövzusunda seminarlar keçirilmişdir.
Hemofiliyalı xəstələrin kompleks və sistemli idarə olunmasında iştirak edən hematoloq, pediatr, ortoped, fizioterapevt, psixoloq, laboratoriya mütəxəssisi və digər sahə üzrə ixtisaslaşmış əməkdaşların bilik və bacarıqlarının artırılması, müasir praktiki yanaşmalar üzrə məlumatlılığın genişləndirilməsi məqsədilə keçirilən seminarlar, eyni zamanda tibb işçilərinin davamlı tibbi təhsili çərçivəsində onların elmi və peşəkar inkişafına töhfə verməyi hədəfləyib.
Qeyd edək ki, təlimlərə 07.09.2025-ci il tarixində başlanılıb və 7 sessiyadan ibarət proqramın sonuncu seminarı 28.11.2025-ci il tarixində baş tutub.
TƏBİB-in tabeliyində olan bütün aidiyyəti tibb müəssisələrinin əməkdaşları təlimlərə cəlb edilib və ümumilikdə 7 sessiya üzrə 323 əməkdaş iştirak edib.






