Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ukur kəndində sakinlərə səyyar tibbi xidmət göstərilib

25 avqust 2025 | 09:13
Əhalinin sağlamlığının qorunması və keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanlarının artırılması məqsədilə 22 avqust 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası Ukur kəndində olub.
Gün ərzində sakinlərə laborator analizlər, EKQ, kardioloji, oftalmoloji, terapevtik, ginekoloji, pediatrik, nevroloji və LOR xidmətləri göstərilib. Ümumilikdə isə 30-dan çox sakinə 100-dən artıq tibbi xidmət təqdim olunub.
Bütün xidmətlər vətəndaşlara İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz göstərilib. Səyyar tibbi xidmətlər təsdiqlənmiş qrafik əsasında rayonun digər kəndlərində də davam etdiriləcək
Keçidlər