"Ulduzlar" ədəbi məclisinin üzvlərinin də iştirakı ilə "Şagirdlər və şairlər" adlı tədbir keçirilmişdir
06 yanvar 2026 | 11:43
Qusar rayonunun Urva kənd tam orta ümumtəhsil məktəbində "Azərbaycan Dili və Ədəbiyyatı" fənn aylığı çərçivəsində Xaçmaz rayonunda fəaliyyət göstərən Murad Qudyalçaylı adına "Ulduzlar" ədəbi məclisinin üzvlərinin də iştirakı ilə "Şagirdlər və şairlər" adlı tədbir keçirilmişdir.
Əvvəlcə məktəb rəhbərliyi məktəbin tarixi, uğurlu məzunları və tədris mühiti barədə ətraflı məlumat vermişdir.
Tədbirdə ədəbi məclisin baş katibi, şair Aqşin Dadaşoğlu, əməkdar jurnalist Azər Həsrət, şairlər - Cümşüd Aydəmirov, Mövlan Şahid, İbrahim Ağçaylı, Səməd İsmayılzadə, Gözəl Azayeva, ictimai fəal Osman İmamov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Ədəbi görüş zamanı poeziya və yaradıcılıq barədə maraqlı müzakirələr aparılmışdır, şairlər öz yaradıcılıqlarından nümunələr səsləndiriblər. Şagirdlərin şeir və mahnı ifaları tədbirə xüsusi rəng qatmışdır. Şairlər öz kitablarını məktəb kitabxanasına hədiyyə ediblər.
Tədbirin sonunda fəal şagirdlərə təşəkkürnamələr təqdim edilmişdir.






