Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr olunmuş möhtəşəm fləşmob keçirilib
08 may 2025 | 12:38
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin, Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Qusar şəhərində general Mahmud Əbilov adına mərkəzi meydanda möhtəşəm fləşmob keçirilib. 3 minə yaxın məktəbli, müəllim və mədəniyyət işçisinin iştirakı ilə baş tutan fləşmob çərçivəsində meydanda Ulu Öndər Heydər Əliyevin portreti əks etdirilib.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olan bu tədbir gənc nəsildə vətənpərvərlik hissinin aşılanması və ictimai həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.






