Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində Qusar rayonunda ümumrayon iməcliyi keçirilmişdir

06 may 2022 | 13:33

6 may 2022-ci il tarixində Qusar rayonunda illər ərzində formalaşmış ənənələrə uyğun olaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ümumrayon iməcliyi keçirilmişdir. İməclik rayonun bütün yaşayış məntəqələrini əhatə etmiş, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan yüzlərlə qusarlı, eləcə də ictimaiyyət nümayəndələri iməclikdə fəal iştirak etmişdir.
Iməclik zamanı küçə və prospektlər təmizlənmiş, şəhərin bütün park, xiyaban və meyndanlarında ağaclara-aqrotexniki qulluq göstərilmiş, işıqlandırma sistmləri təmir olunmuş, oturacaqlar, dekorativ hasar və məhəccərlər rənglənmiş şəhər daxili küçələrin kənarlarında, park və meydanlarda dekorativ güllər əkilmişdir.
İməclik zamanı şəhər ərazisində ucaldılmış heykəl və abidələr rənglənmiş, ətrafda təmizlik abadlıq işləri həyata keçirilmiş, avtomobil yollarının kənarlarında ağaclar budanmış gövdələri xüsusi məhlulla ağardılmış, yol kənarları tullantılardan təmizlənmişdir.
Hər il olduğu kimi bu ildə də keçirilən iməcliyə rayon sakinləri həvəslə qoşulmuş, ölkəmizin dilbər guşəsi olan Qusarı daha da gözəlləşdirmək, turustlər üçün daha cəlbedici etmək əzmində olduqlarını ifadə etmişdir.

Keçidlər