Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ümummilli Lider Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərin təbliğinə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib

21 oktyabr 2026 | 16:00
Qusar rayonunun ümumtəhsil müəssisələrində Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, gənclərdə milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, dünyagörüşlərinin genişləndirilməsi və biliklərinin artırılmasına yönəlmiş maarifləndirici tədbirlər davam etdirilir. Bu istiqamətdə rayonun İmamqulukənd və Hil kənd və şəhər 2 saylı tam orta ümumtəhsil məktəblərində Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin müxtəlif istiqamətlərini əhatə edən tədbirlər təşkil olunub.
Tədbirlərdə mövzu ətrafında çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi sahəsindəki xidmətlərindən bəhs edərək bildiriblər ki, Ulu Öndərin dövlətçilik fəlsəfəsi, milli maraqlara əsaslanan siyasəti və xalqın tarixi-mədəni irsinə göstərdiyi diqqət müasir Azərbaycanın inkişafında mühüm rol oynayıb. Vurğulanıb ki, Heydər Əliyevin ideyalarının öyrənilməsi gənclərdə fəal vətəndaş mövqeyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ulu Öndərin həyata keçirdiyi dövlət siyasətində xüsusi yer tutan Azərbaycan dilinin qorunması və inkişafı məsələsi Hil kənd tam orta ümumtəhsil məktəbində “Heydər Əliyev irsi və Azərbaycan dilinə dövlət qayğısı” mövzusunda keçirilən tədbirin əsas istiqamətini təşkil edib. Tədbirdə Heydər Əliyevin ana dilimizin dövlət dili statusunun möhkəmləndirilməsi, hüquqi təminatının gücləndirilməsi və nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi siyasətdən bəhs olunub. Müzakirələr zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, ana dilimiz yalnız ünsiyyət vasitəsi deyil, həm də milli mənsubiyyətimizi, mədəni irsimizi və dövlətçilik ənənələrimizi yaşadan əvəzsiz sərvətdir. Dilimizin saflığının qorunması, onun zəngin imkanlarından düzgün istifadə edilməsi və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi məsuliyyətidir.
Keçidlər