Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir-21.10.2026

21 oktyabr 2026 | 17:23
Oktyabrın 20-də Qusar rayonunun Çiləgir kənd tam orta ümumtəhsil məktəbində keçirilən “Mən azərbaycanlıyam – milli qürur və vətəndaşlıq” mövzusunda maarifləndirici tədbirdə mövzu ətrafında çıxışlar edilib, Azərbaycan xalqının zəngin tarixi, milli-mənəvi dəyərlərimizin qorunması və dövlət rəmzlərimizin milli kimliyimizin ifadəsi kimi daşıdığı məna barədə ətraflı danışılıb. Vurğulanıb ki, gənc nəslin öz xalqının tarixinə, ana dilinə və mədəni irsinə dərindən bələd olması, dövlətçilik ənənələrinə hörmətlə yanaşması və Vətən qarşısında məsuliyyətini dərk etməsi vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Vətənə sədaqətin yalnız mənəvi bağlılıqla deyil, milli dəyərlərin qorunması, qanunlara hörmət və ölkənin inkişafına töhfə vermək istəyi ilə də ifadə olunduğu diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Keçidlər