Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdirilir

12 oktyabr 2026 | 08:57
Oktyabrın 8-də Qusar rayonunun Əniq kənd tam orta ümumtəhsil məktəbində Qusar Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin və Əniq kənd tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Dövlət suverenliyi milli və dini həmrəylik kontekstində” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak edib.
Mövzu ətrafında çıxışlarda dövlət suverenliyinin Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və milli dövlətçilik ənənələrinin qorunmasının əsas şərtlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, dövlət suverenliyinin möhkəmləndirilməsi yalnız siyasi və hüquqi amillərlə deyil, həm də cəmiyyətdə milli birliyin, ictimai həmrəyliyin və ortaq dövlətçilik dəyərlərinə bağlılığın qorunması ilə sıx bağlıdır. Bu baxımdan, milli və dini həmrəylik, tolerantlıq mühitinin qorunması dövlətçiliyin davamlı inkişafına xidmət edən mühüm amillərdir.
Bildirilib ki, bu dəyərlərin gənc nəslə aşılanmasında təhsil müəssisələrinin xüsusi rolu vardır. Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, eyni zamanda şagirdlərin milli kimliyə bağlılığının, vətənpərvərlik ruhunun və məsuliyyətli vətəndaş mövqeyinin inkişaf etdiyi mühüm tərbiyə mühitidir. Gənclərin tariximizi dərindən öyrənməsi, dövlət rəmzlərinə hörmətlə yanaşması, milli-mənəvi dəyərləri qoruması və cəmiyyət qarşısında məsuliyyətini dərk etməsi dövlətçilik şüurunun formalaşmasının vacib istiqamətləridir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Keçidlər