Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ümumtəhsil müəssisələrində təhsilalanlarla müharibə iştirakçılarının görüşləri davam etdirilir

14 may 2026 | 19:21
Mayın 14-də Qusar şəhər İmran Hacıyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərlə Vətən müharibəsi iştirakçıları və hərbçilərin görüşü təşkil olunub.
Görüşdə iştirak edən qazilər şagirdlərlə səmimi söhbət edərək döyüş xatirələrini bölüşüblər. Onlar Vətən uğrunda aparılan mübarizədən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın birlik nümayiş etdirərək qazandığı tarixi Zəfərin əhəmiyyətindən danışıblar. Çıxışlarda vurğulanıb ki, öz tarixini, qəhrəmanlarını tanıyan və dəyərləndirən gənclər gələcəyin daha güclü cəmiyyətini formalaşdırır.
Şagirdlər görüşə böyük maraq göstərib, müharibə iştirakçılarına onları maraqlandıran suallar ünvanlayıblar.
Tədbir çərçivəsində məktəbin hərbi rəhbəri Mahmudov Zahir Şakir oğluna şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi adından fəxri fərman təqdim edilib.
Keçidlər