Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Ünvanlı Dövlət Sosial Yardımının təyinatı ilə bağlı vətəndaşların qəbulu keçirilib

01 sentyabr 2025 | 09:18
Avqustun 28–29-u tarixlərində Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialın əməkdaşları tərəfindən DSMF-nun Qusar Rayon Şöbəsində ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyinatı ilə bağlı müraciət etmiş və çətinliklərlə qarşılaşmış vətəndaşların qəbulu təşkil edilmişdir.
Qəbul zamanı müraciətinə əvvəlki dəfə imtina cavabı verilmiş şəxslər, yenidən müraciət etmək istəyənlər və ÜDSY-nın təyinatı ilə bağlı digər sualları olan vətəndaşlar peşəkar əməkdaşlar tərəfindən fərdi qaydada dinlənilmiş, müraciətləri qiymətləndirilmiş və mümkün həll yolları təqdim edilmişdir. Qəbul prosesində vətəndaşlara müraciət prosedurları və tələb olunan sənədlər ətraflı izah edilmiş, hər bir fərdi vəziyyət üzrə məsləhətlər verilmişdir.
Keçidlər