Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşləri davam etdirilir-2026

29 oktyabr 2026 | 18:12
 
Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil müəssisələrində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli həmrəyliyin möhkəmləndirilməsi və tarixi Zəfərimizin təbliği məqsədilə Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin mütəmadi görüşləri keçirilir. Bu görüşlər şagirdlərdə Vətənə məhəbbət, dövlətçiliyə sədaqət hisslərinin aşılanmasına, onların müharibə həqiqətləri və qəhrəmanlıq salnaməsi barədə ətraflı məlumatlandırılmasına xidmət edir.
Növbəti belə görüş oktyabrın 29-da rayonun Kuzun kənd tam orta ümumtəhsil məktəbində təşkil olunub.
Görüşdə çıxış edən Vətən müharibəsi iştirakçıları 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolundan, qazanılan tarixi Zəfərin əhəmiyyətindən bəhs ediblər. Qazilər təhsilalanları Vətənə layiqli vətəndaş olmağa, dövlətinə və dövlətçiliyinə sadiq olmağa, elmə, təhsilə yiyələnərək ölkəmizin gələcək inkişafına töhfə verməyə çağırıblar.
Sonda məktəbin hərbi rəhbəri Əmrahov Rahib Reysəddin oğlu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə görə fəxri fərmanla təltif olunub.
Qeyd edək ki, bu qəbildən olan görüşlərin rayonun digər ümumtəhsil müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər