Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşləri davam etdirilir
08 iyun 2026 | 09:09
İyunun 4-də Qusar rayonunun Urva kənd tam orta ümumtəhsil məktəbində şagirdlərlə Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib.
Görüşdə iştirak edən qazilər şagirdlərlə səmimi söhbət edərək döyüş xatirələrini bölüşüblər. Şagirdlər görüşə böyük maraq göstərib, müharibə iştirakçılarına onları maraqlandıran suallar ünvanlayıblar.
Tədbir çərçivəsində məktəbin hərbi rəhbəri Anton Pənahova şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi səmərəli fəaliyyətinə görə fəxri fərman təqdim edilib.
Belə görüşlərin rayonun digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.






