Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

20 oktyabr 2024 | 17:09
Vətən, dövlət o zaman qüdrətli, qüvvətli olur ki, onun əsgəri də, rəhbəri də həmrəy olur. Haqq savaşımızda-44 günlük Vətən müharibəsində xalqımız, Ordumuz Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək birlik nümayiş etdirdi, ərazi bütövlüyünü bərpa etdi.
Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ailələri, müharibə iştirakçıları, qazilər bu gün dövlət başçımızın diqqət və qayğısı ilə əhatə olunub.
Oktyabrın 15-də Qusar rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan görüşdə Qusar RİH başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, RİHB Aparatının məsul şəxsləri, müvafiq idarə, müəssisə rəhbərləri və qazilər iştirak ediblər.
Müharibəni görməyin və yaşamağın çox ağır olduğunu vurğulayan RİH başçısı bütün qazilərimizə can sağlığı arzu edib. Milli Məclisin deputatı Azər Badamov həssas təbəqəyə aid olan vətəndaşlarla mütəmadi olaraq görüşlərin keçirildiyini və onların hər zaman dövlətimizin himayəsi altında olduqlarını qeyd edib.
Qazilərimiz torpaq sahələrinə çıxarışların alınması, işlə təminat, reabilitasiya xərclərinə köməklik göstərilməsi, yaşadıqları ərazidə avtomobil yollarının asfaltlanması, evlərinə qaz xəttinin çəkilişi və digər sosial problemlərin həlli ilə bağlı müraciət ediblər. RİH başçısı tərəfindən qazilərimizi maraqlandıran bütün suallar əhatəli şəkildə cavablandırılıb, qaldırılan problemlərin həlli ilə bağlı müvafiq idarə, müəssisə rəhbərlərinə aidiyyatı üzrə tapşırıqlar verib.
Qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Görüş səmimi anlarla yadda qalıb
Keçidlər