Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirilib

11 yanvar 2025 | 09:27

Yanvarın 10-da Qusar Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Vətən Müharibəsi Qəhrəmanı mayor Şixnəbiyev Renat Güləmməd oğlu ilə görüşüb.

Görüşdə icra başçısı 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbədən, igid oğullarımızın misilsiz şücaətindən söz açıb, Vətən torpaqları uğrunda vuruşaraq şəhidlik zirvəsinə ucalan hərbiçilərimizə Allahdan rəhmət diləyib, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına can sağlığı arzu edib. Zəfərə gedən yolda göstərdiyi şücaətlərə görə Vətən Müharibəsi Qəhrəmanı Renat Şixnəbiyevə minnətdarlığını bildirən rayon rəhbəri ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Səmimi dialoq şəraitində keçən görüşdə Renat Şixnəbiyev Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, Silahlı Qüvvələrimizin misilsiz rəşadəti, xalqın birliyi sayəsində Vətən müharibəsinin parlaq qələbə ilə nəticələnməsindən qürur hissi duyduğunu bildirib, Füzulidən başlayaraq Şuşanın azad olunmasınadək keçdiyi şərəfli döyüş yolundan bəhs edib, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.

Şixnəbiyev Renat Güləmməd oğlu 1990-cı il dekabr ayının 31-də Qusar rayonunun Balaqusar kəndində anadan olub. 2008-ci ildə Balaqusar kənd tam orta məktəbindən məzun olub, təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2012-ci ildə “Leytenant” rütbəsi alan Renat Şixnəbiyev Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində “xüsusi təyinatlı” ixtisası üzrə təhsilini davam etdirib, 2021-ci ildə tabor komandirinin müavini vəzifəsinə təyin olunub.

Ardıcıl olaraq “baş leytenant”, “kapitan”, “mayor” rütbələrinə layiq görülən cəsur döyüşçümüz Ordumuzun yaranmasının “95 illik yubiley” medalı, “100 illik yubiley” medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “İgidliyə görə”, “Şuşanın azad olunması”, “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” medalları ilə, eləcə də ən yüksək ali mükafat olan “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub.

Keçidlər