Vətən müharibəsi şəhidi mayor Zamanov Sənan Qahir oğlunun doğum günü qeyd olundu.
Vətən müharibəsi şəhidi mayor Zamanov Sənan Qahir oğlunun doğum günü qeyd olundu.
Vətən müharibəsinin şəhidi mayor Zamanov Sənan Qahir oğlunun doğum günü qeyd olundu. Bu münasibətlə 17 avqust 2022-ci ildə Qusar rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri tərəfindən şəhidin Şəhidlər Xiyabanındakı məzarı ziyarət olundu, onun əziz xatirəsi bir daha yad edildi. Görüş zamanı şəhidimizin döyüş meydanında vətənin hər bir qarış torpağı uğrunda necə döyüşdüyündən, düşmənin canlı qüvvəsini necə məhv edərək irəlilədiyindən danışıldı. Şəhid Zamanov Sənan Qahir oğlu Azərbaycan Respubluikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Rəşadət” ordeni, “Vətən uğrunda”, ”İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Daha sonra şəhidin böyüyüb başa çatdığı Qusar rayonunun Çiləgir kəndindəki ata ocağı ziyarət olundu. Görüş zamanı şəhid ailəsini maraqlandıran suallar cavablandırıldı, onları narahat edən məsələlər dinlənildi. Şəhid atası Qahir Zamanov onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi.