Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən müharibəsi şəhidinin xatirəsi yad edilmişdir - 2026

02 noyabr 2026 | 10:30
 
Noyabrın 1-də Qusar rayonunun Xürel kəndində Vətən müharibəsi şəhidi Anvar Şixəliyevin anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilmiş, əziz xatirəsi yad edilmişdir.
Şəhid Anvar Şixəliyev 2001-ci ilin fevralın 24-də Qusar rayonunun Xürel kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Anvar Şixəliyev 44 günlük Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 29-da Şuşa döyüşləri zamanı şəhid olmuşdur. Şəhid noyabrın 1-də doğulduğu Xürel kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirən şəhid Anvar Şixəliyev ölümündən sonra "Şücaətə görə", "Cəsur döyüşçü",
"Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.
Keçidlər