Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən müharibəsi şəhidinin xatirəsi yad edilmişdir-27.10.2026

27 oktyabr 2026 | 18:15
 
Oktyabrın 26-da Qusar rayonunun Ləgərqışlaq kəndində 44 günlük Vətən müharibəsi şəhidi Vüsal Novruz oğlu Şirinovun anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilmiş, əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Şəhid Şirinov Vüsal Novruz oğlu 2002-ci ilin martın 26-da Qusar rayonunun Ləgərqışlaq kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Vüsal Şirinov Vətən müharibəsində savaşmış, oktyabrın 25-də Füzuli rayonunun Dövlətyarlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Şəhid oktyabrın 26-da doğulduğu Ləgərqışlaq kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən şəhid Vüsal Şirinov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Keçidlər