Vətən müharibəsi şəhidinin xatirəsi yad edilmişdir
17 noyabr 2025 | 17:55
Noyabrın 17-də Qusar rayonunun Cibir kəndində şəhid Rafik Nurməhəmməd oğlu Bəyverdiyevin anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilmiş, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid Bəyverdiyev Rafik Nurməhəmməd oğlu 1 iyun 1998-ci ildə Qusar rayonunun Cibir kəndində anadan olmuşdur. II Qarabağ müharibəsi başlananda könüllü olaraq müharibəyə yollanan Rafik Bəyverdiyev oktyabrın 20-də şəhid olmuş, 17 noyabr 2020-ci ildə Qusar rayonunun Cibir kəndində dəfn olunmuşdur.
Şəhid ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.






