Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən müharibəsi şəhidlərinin övladları üçün istirahət proqramı təşkil olunub

31 avqust 2026 | 10:15
Qusar Rayon İcra Hakimiyyəti və YAP Qusar rayon təşkilatının dəstəyi, ehtiyatda olan polkovnik Şair Ramaldanovun təşəbbüsü ilə Qusar rayonundan olan Vətən müharibəsi şəhidlərinin övladları üçün Nabran qəsəbəsində yerləşən “Flamingo” Ailəvi İstirahət Mərkəzində bir günlük istirahət proqramı təşkil olunub.
Səhər saatlarında Qusardan yola düşən şəhid övladları və anaları istirahət mərkəzində səmimi qarşılanıblar. Gün ərzində uşaqların maraqlı və yaddaqalan vaxt keçirmələri məqsədilə müxtəlif əyləncəli proqramlar və oyunlar təşkil olunub, onlar üçün xoş istirahət şəraiti yaradılıb.
Azərbaycan Ordusunda uzun illər xidmət etmiş, ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov şəhid övladları ilə görüşüb. O, uşaqlarla səmimi söhbət edib, şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının, onların qəhrəmanlığının gələcək nəsillərə örnək kimi çatdırılmasının vacibliyini vurğulayıb.
Şair Ramaldanov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib. Görüşün təşkilində göstərilən dəstəyə görə Qusar rayon rəhbərliyinə təşəkkürünü ifadə edib.
Görüş zamanı şəhid övladları da ataları ilə bağlı xatirələrini və ürək sözlərini bölüşüblər.
Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova bildirib ki, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. O, şəhid övladlarının daim diqqət və qayğı ilə əhatə olunmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.
Neva Abdurahmanova şəhid övladları üçün belə mənalı və yaddaqalan günün təşkilində göstərdiyi diqqət və qonaqpərvərliyə görə “Flamingo” Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.
Keçidlər