Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilmişdir - 2026

03 noyabr 2026 | 18:11
 
Noyabrın 2-də Qusar rayonunun Nəcəfkənd və Əniq kəndlərində Vətən müharibəsi şəhidləri Ramin Nurəhmədov və Amrid Yunusovun anım mərasimləri keçirilmişdir. Anım mərasimləri çərçivəsində şəhidlərin məzarları ziyarət edilmiş, məzarları önünə gül dəstələri düzülərək onların əziz xatirələri ehtiramla yad edilmişdir.
Şəhid Nurəhmədov Ramin Marif oğlu 1990-cı ilin sentyabrın 18-də Qusar rayonunun Nəcəfkənd kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Ramin Nurəhmədov Vətən müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, noyabrın 2-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid noyabrın 3-də doğulduğu Nəcəfkənd kəndində dəfn olunmuşdur.
Vətən qarşısında xidmətlərinə görə şəhid Ramin Nurəhmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Ordusunun çavuşu olmuş şəhid Amrid Yunusov 1995-ci ilin oktyabrın 12-də Qusar rayonunun Əniq kəndində anadan olmuşdur. Amrid Yunusov 44 günlük Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur. Şəhid noyabrın 2-də doğulduğu Əniq kəndində dəfn olunmuşdur.
Vətən qarşısında xidmətlərinə görə şəhid Amrid Yunusov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Keçidlər