Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Vətən müharibəsi zamanı şəhid olmuş Ağa Ağayevin xatirəsi yad edilmişdir

24 oktyabr 2025 | 18:13
Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı qazandığı möhtəşəm qələbə, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.
Bu tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri olmuş şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.
Oktyabrın 24-də belə qəhrəmanlarımızdan biri, şəhid Ağayev Ağa Əli oğlunun Qusar rayonunun Yeni Həyat kəndində anım mərasimi keçirilmişdir. Şəhidin məzarı ziyarət edilmiş, məzarı önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilmişdir.
Şəhid Ağa Əli oğlu Ağayev 4 aprel 2001-ci ildə Qusar rayonunun Yeni Həyat kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Ağa Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşmış, oktyabrın 23-də şəhid olmuşdur. 24 oktyabr 2020-ci ildə Qusar rayonunun Yeni Həyat kəndində dəfn olunmuşdur.
Ölümündən sonra döyüşlərdə göstərdiyi şücaətə görə “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Keçidlər